Şimali Kipr və Rusiya arasında birbaşa reys açılır
Şimali Kipr Türk Respublikası və Rusiya arasında birbaşa təyyarə reysləri gerçəkləşdiriləcək.
ENA.az xəbər verir ki, bu barədə “CNN Türk” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ilk uçuşun Ercan hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış günündə - noyabrın 15-də həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin diplomat Murad Zyazikovu Cənubi Kiprə səfir təyin edib. Müsəlman inquş olan Zyazikovun təyinatı Kipr mətbuatında “Putinin Ərdoğana hədiyyəsi” kimi gündəmə gəlib.
Bundan başqa, sentyabrın 17-də isə ABŞ Dövlət Departamenti Cənubi Kiprə silah embarqosunun 2023-cü maliyyə ili üçün ləğv edildiyini açıqlayıb. ABŞ-ın bu qərarı rəsmi Ankarada etirazla qarşılanıb.