Gündəm

Tanınmış ekspert Arye Qut vəfat edib

Beynəlxalq münasibətlər sahəsində ekspert, Azərbaycanın diaspor fəalı Arye Qut vəfat edib.

ENA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Arye Qut xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhum A.Qut Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru idi. O, milliyətcə yəhudi olsa da, Azərbaycan dilində təmiz danışırdı.


Allah rəhmət eləsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)