Sosial iqtisadiyyat

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

"Biz hər şeyə 18% əlavə dəyər vergisi (ƏDV) tətbiq edə bilmərik, bu vergi diferensiallaşdırılmalıdır".

ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O, həmçinin təklif edib ki, ərzaq məhsulları ƏDV-yə 1-2%-lə cəlb olunsun: "Bu, qiymətləri müəyyən qədər sabitləşdirər. Həmçinin hesab edirəm ki, hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarına gömrük vergisi tətbiq etməməlidir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)