Qarabağ

Paşinyan 135 hərbçinin öldüyünü etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.

Bunu Baş nazir hökumətin iclasında bildirib.

“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, – Nikol Paşinyan vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)