Sosial iqtisadiyyat

Sahil Babayev: 2050-ci ildə yaşlı əhalinin sayı artacaq

“Biz sosial dəstək tədbirləri çərçivəsində hamıya kiçik məbləğlər ödəmək əvəzinə, ünvanlı şəkildə daha böyük məbləğlər verməliyik”.

Bunu əmək və əhjalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

2005-ci ildən bu günə qədər Xəzərdə 20-25 sm-dək azalma müşahidə edilibNazirlik: 1600 qaziyə fizioterapiya müalicəsi tətbiq edilibMİQ üzrə əlavə vakansiya seçimi həyata keçiriləcək

O bildirib ki, demoqrafik vəziyyət bizim üçün olduqca önəmlidir və tərəfdaşlarımızla birgə bu istiqamədə araşdırma aparmışıq.

“Tədqiqatlar göstərir ki, 2050-ci ildə iş qabiliyyətli əhalinin payı dəyişməz qalacaq, amma ahıl əhalinin sayı artacaq. Bu o deməkdir ki, sosial dəstək tədbirləri artmalıdır. O baxımdan sosial sığorta sistemimizi gücləndirməliyik. Hazırda əhalimiz çox cavandır. Təxminən 7 faizi ahıldır, 70 faizi iş qabiliyyətlidir. Lakin 2040-2050-ci illərdə bu dinamika dəyişəcək və yaşlı əhalinin sayı artacaq. Bu da yeni çağırışlar deməkdir. Əmək bazarımızı daha da strukturlaşdırmalı, sosial sığorta ödənişlərinin yetərliliyini təmin etməliyik ki, sosial ödənişləri tam dəstəkləsin” – deyə nazir qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)