Gündəm

Putin bu gün Səmərqəndə gedir - Ərdoğanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün axşam Səmərqəndə yola düşəcək.

ENA.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Axşam biz beynəlxalq telefon danışığını gözləyirik, sizi məlumatlandıracağıq. Bu gün isə gecə saatlarında prezident Səmərqəndə uçacaq", - Peskov deyib.

O, cümə axşamı və cümə günləri çox ağır iş olacağını qeyd edib.

İyulun 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Putin orada iştirak etməklə yanaşı, Çin lideri Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər həmkarları da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Gözlənildiyi kimi, sammitdə geniş spektrli məsələlər - təhlükəsizlik və sabitlik sahəsində ŞƏT-in potensialının gücləndirilməsi, ŞƏT-in iqtisadi əlaqələrinin gücləndirilməsi, nəqliyyatın qarşılıqlı əlaqəsinin inkişafı məsələləri, ŞƏT-in mədəni və humanitar ölçülərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)