Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda minik avtomobillərinin istehsalı 1389 ədəd təşkil edib.
Avtomobil istehsalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb.
Yanvarda 102, fevralda 3, martda 334, apreldə 271, mayda 229, iyunda 118, iyulda 153, avqustda 179 avtomobil istehsal olunub.
1 sentyabr 2022-ci il tarixinə istehsalçıların anbarlarında 229 avtomobil var.
Statistikaya əsasən, yanvar-avqust aylarında ölkədə 404 traktor istehsal edilib ki, bu da 2021-ci ilin 8 ayı ilə müqayisədə 6,5% azdır.
1 sentyabr 2022-ci il tarixinə anbarlarda 27 traktor var.
Hazırda Azərbaycanda üç avtomobil istehsalı zavodu fəaliyyət göstərir: Neftçala, Gəncə və Naxçıvanda. Eyni zamanda, Gəncədəki zavod kənd təsərrüfatı maşınlarının istehsalı ilə də məşğuldur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının həcmi ildə 5 min ədədə çatmalıdır.
2021-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 2,43 ədəd (2020-ci illə müqayisədə 4,8% artım), traktorların istehsalı 651 ədəd (artım 2,2 dəfə) təşkil edib.