MALİYYƏ

Dövlət büdcəsinin qalığı 7 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 milyard 184,8 milyon manat, xərcləri isə 18 milyard 151,9 milyon manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,6% və 16,2% çoxdur.

Son nəticədə büdcədə 2 032,9 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department