Neft ucuzlaşır - SON QİYMƏT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,52 azalaraq 1 barelə görə 92,69 dollar təşkil edib.
ENA.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,54% azalaraq 86,84 dollar təşkil edib.