Sosial iqtisadiyyat

Metroda QR kodla ödəniş etmək olacaq

"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.

ENA.az xəbər verir ki, bunu qurumun İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

Xidmət rəisi qeyd edib ki, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub:

"Bu cür ödənişlərin tətbiqinə tam hazırırq və  qərar gözləyirik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)