Rəsmi

Azərbaycan gömrüyü büdcəyə plandakından daha çox pul keçirib

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 767,061 milyon manat təşkil edib.

DGK xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.

Bu ilin 8 ayında gömrük rüsumları üzrə daxilolmalar 18,8 % artaraq 905,771 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 41,8 % artaraq 2 712,875 mln manat, aksizlər üzrə daxilolmalar 0,06% azalaraq 106,326 mln manat, yol vergisi üzrə daxilolmalar isə 49,8 % artaraq 42,09 mln manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)