Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Etibar Hüseynova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində vəzifə verilib. O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin icraçı katibi vəzifəsinə təyin olunub.
Bu barədə “Yüksəliş” müsabiqəsindən məlumat verilib.
Magistraturanın boş qalan yerlərinə qəbul elan edilibRusiyada ağır yol qəzası baş verib, 16 nəfər ölübMagistratura üzrə əlavə yerləşdirmə sabah başa çatacaq
Qeyd edək ki, Etibar Hüseynov 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra ali təhsilini İngiltərədə davam etdirib. O, 2013-2014-cü illərdə Böyük Britaniyanın Lankaster Universitetində beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə ilə məzun olub.