Bank VTB Azərbaycanda fəaliyyətini davam etdirəcəkmi? - AÇIQLAMA
Ciddi maliyyə sanksiyaları altında böyük zərərlə qarşılaşan VTB Bankın rəhbəri Kostin bankın xarici törəmə filiallarının gələcək mövcudluğu barədə sualları cavablandırıb. O bildirib ki, bank Azərbaycan, Çin, Hindistan, Vyetnam, Ermənistan və Qazaxıstanda mövcudluğunu davam etdirməyi planlaşdırır: bu ölkələrdə filialların və törəmə şirkətlərin olması ona dost ölkələrlə sabit rabitə kanalı təmin etməyə imkan verir, VTB-nin baş direktoru Andrey Kostin "WEF-2022"də mətbuat konfransında jurnalistlərə bildirib.
“Filiallarımız və törəmə banklarımız dost dövlətlərlə düzgün işləyərkən etibarlı və dayanıqlı rabitə kanalı təqdim etməyə imkan verir, çünki biz özümüz dərindən əminik ki, sanksiyalar “halqası” yavaş-yavaş azalacaq, bəlkə də yavaş-yavaş yox, Allah bilir, növbəti siyasi və ya hərbi-siyasi kəskinləşməyə qədər”, - deyə o bildirib.
"İndi yenilərini açmaq çətindir, mən hesab edirəm ki, mövcud banklar üçün düzgün işləmə sistemini saxlamaq və yaratmaq vacibdir. Amma ümumilikdə, ərəb ölkələri istisna olmaqla, bizim əsas tərəfdaş yurisdiksiyalarımızda banklarımız var, yəni Çin, Hindistan, Vyetnam, eləcə də qonşu dövlətlər - Ermənistan, Azərbaycan, Qazaxıstan. Onların (bankların) işləməsi vacibdir”, - Kostin əlavə edib.