Putin və Paşinyan görüşəcək
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Məlumata görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Vladivostok İqtisadi Forumu çərçivəsində keçiriləcək görüşdə onlar üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər: “Rusiya üç ölkə lideri arasında imzalanmış üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir”.