Mixaylo Podolyak Krım əhalisini yarımadada müharibəyə hazır olmağa çağırıb
![](https://ena.az/uploads/news/2022-09/_ena_4bb8cce4bf2bff1e1e755bf62_o.jpg)
Ukrayna Prezident Ofisi Krım yarımadasının əhalisinə müraciət edib.
ENA.az xəbər verir ki, bu barədə qurum rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır: “Biz işğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.