Gündəm

Kreml qaz tədarükü ilə bağlı Avropaya xəbərdarlıq edib

“Şimal axını-1” vasitəsilə qaz tədarükü ilə bağlı problemlər Avropa boru kəmərinin işləməsinə mane olan sanksiyaları aradan qaldırana qədər davam edəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qazın kəmərə vurulmasında problemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Qazın vurulması ilə bağlı problemləri yarada biləcək başqa səbəblər yoxdur”, – Kremlin sözçüsü vurğulayıb.

Dmitri Peskovun sözlərinə görə, hazırda fəaliyyətdə olan bir aqreqat qalıb: “Sanksiyalar ucbatından boru kəmərinə texniki xidmətin göstərilməsi qeyri-mümkün olub. “Şimal axını-1”-in bütün işi sıradan çıxmağa yaxın olan bir aqreqat üzərində qurulub”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)