Rəsmi

Təhsil Nazirliyi tabeliyindəki bir neçə qurum ləğv ediləcək və ya birləşdiriləcək

Təhsil Nazirliyi tabeliyindəki bir neçə qurum ləğv edilməsi və ya birləşdirilməsi nəzərdə tutulur.
"BI" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fərman ilə Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsini və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün. 

Həmçinin Nazirlər Kabinetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etmək və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb: 

- Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi,

-Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzininvahid qurumda birləşdirilməsi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department