Gündəm

İran müdafiəni gücləndirdi - İsrailin hücumu gözlənilir

İran İsrail ilə gərginlik fonunda 51 şəhəri mülki müdafiə sistemləri ilə təchiz edib.

ENA.az xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərahi bildirib.

O qeyd edib ki, mümkün xarici hücumların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin hazırlığı artırılıb.

Nazir müavini, həmçinin deyib ki, mülki müdafiə avadanlığı risk növünə görə gecə-gündüz proqram təminatından istifadə etməklə təhdidləri müəyyən etmək və izləmək imkanı verəcək.

Qeyd edək ki, Qərb və İran arasında nüvə sazişinin bərpası ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. İsrail nüvə sazişinə qarşıdır və bu ölkənin ordusuna bütün ssenarilərə hazır olmaq tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)