Estoniya rusların ölkəyə girişini qadağan edir
Estoniya yaxın bir neçə gündə əksər Rusiya vətəndaşlarına ölkəyə giriş qadağası qoymağı planlaşdırır.
ENA.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Urmas Reinsalu bildirib.
O, Avropa İttifaqının Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dondurmaq qərarını alqışlayıb.