“Qazprom” borca görə Fransaya qaz təchizatını dayandırıb
“Qazprom” borca görə Fransanın “Engie” şirkətinə qaz təchizatını tam dayandırıb.
Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
“Qazprom” bildirib ki, Rusiya prezidentinin fərmanına əsasən, xarici müştəri borcunu müqavilədə gösətərilən müddətdə tam ödəmədiyi halda ona qaz satışı qadağandır.