Qarabağ

Prezidentin köməkçisindən Fransa və ABŞ səfirlərinin Şuşaya getməmələri ilə bağlı - Açıqlama

"Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər".

ENA.az "Trend"ə istinadən xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik.

“Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 il ərzində münaqişəyə töhfə verməyib. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər", - deyə H.Hacıyev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)