“Mercedes-Benz” Rusiyadakı zavodu satır
Almaniyanın “Mercedes-Benz” avtomobil konserni Moskva yaxınlığındakı Yesipovo zavodunu satmağı planlaşdırır. Bildirilir ki, sövdələşmə yekun mərhələdədir, alıcı isə rusiyalı diler olacaqdır.
ENA.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Mercedes-Benz”in Rusiya nümayəndəliyindən bildirilib ki, şirkət “Rusiyada biznesi davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir”, lakin hələki konkret qərar qəbul etməyib.