Vakansiyalar

Aqualink MMC işçi axtarır - VAKANSİYA

Marketinq Mütəxəssisi

 Son tarix 25 sen 2022 

İşi̇n Təsvi̇ri̇:

  • Şirkətin marketinq fəaliyyətinin qurulması
  • PR və reklam xarakterli təqdimatların hazırlanması, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
  • Şirkətin sosial media fəaliyyətinin planlaması
  • Şirkətin digər şöbələrlə qarşılıqlı effektiv fəaliyyətinin təşkili
  • Marketinq, reklam kampaniyaları hazırlamaq və onun icrasının təşkili, nəzarət
  • Satışa dəstək məqsədilə marketinq promo və reklam materialların hazırlanması, sifarişi
  • Cari müştərilərlə loyallığın qorunması üçün tədbirlər görmək, müştəri loyallığının artırılması istiqamətində işlərin təşkili
  • Şirkəti marketinq fəaliyyəti ilə bağlı tədbirlərdə təmsil etmə
  • Aylıq görülən işlərə dair hesabatların hazırlanması

İş şəraiti:

  • AR qanunvericiliyinə əsasən rəsmiləşmə
  • İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı 800 - 1000 AZN (namizədə görə əmək haqqı müzakirə edilə bilər)

Namizədə tələblər:

  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi
  • Komanda ilə işləmək və yüksək ünsiyyət bacarığı
  • İxtisasının iqtisadiyyat, marketinq yönümlü olması üstünlükdür 
  • Komputer proqramlarında sərbəst işləmə, komanda ilə işləməyi bacarmalıdır;
  • İngilis dili yazı və danışma bacarığının əla səviyyədə olması
  • Öyrənməyə meylli olması, işi bitirici olması 
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.

Maraqlanan namizədlər CV-lərini mövzu başlığında vakansiyanın adını qeyd edərək info@aqualink.az e-mail ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department