Sosial iqtisadiyyat

"Qarabağ Vətən Müharibəsi" haqqında film çəkmək üçün türk şirkətinə 1 milyon dollar veriləcək

Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında olan məlumata görə, tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi”dir.

Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.

Serialın ilk bölümünün bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanması nəzərdə tutulub.

"Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur serialların istehsalçısıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)