Gömrüyün büdcəyə ödənişlərində - BÖYÜK ARTIM
2018-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 434 milyon 62 min manat təşkil edib.
Bu, 2017-ci ilə müqayisədə 825 282,39 min manat yaxud 31,6% çoxdur.
Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 176 milyon 276,46 min manat və yaxud 24,9% artaraq 883 milyon 150,8 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 567 milyon 594,76 min manat və yaxud 32% artaraq 2 milyard 340 milyon 784,50 min manat, aksizlər üzrə daxilolmalar 76 milyon 41,5 min manat və yaxud 81% artaraq 169 milyon 964,9 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 milyon 369,67 min manat və axud 15,4% artaraq 40 161,80 min manat olub.
2018-ci il üzrə
2017-ci il üzrə