Zeta Group işçi axtarır - MAAŞ 2000 MANAT
Əməliyyatlar üzrə Menecer
Son tarix 22 sen 2022
Tələblər:
- Biznesin idarəedilməsi, təhlili və ya oxşar sahədə ali təhsil
- İngilis ve rus dillərində yüksək biliklər.
- Kompüter bacarıqları – MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
- Satış qeydlərinin və maliyyə hesabatlarının təhlili və qiymətləndirilməsi, həmçinin mənfəət və zərər, mühasibat balansı və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi daxil olmaqla ümumi maliyyə və büdcənin tərtibi üzrə biliklər.
- Mükəmməl ünsiyyət bacarıqları.
Əsas öhdəliklər:
- Təyin olunmuş tapşırıqları yerinə yetirilməsini təmin etmək üçün pərakəndə satış heyətini yönləndirmək və onlara nəzarət etmək.
- Satış işçilərinə bacarıqlarını inkişaf etdirmək və performanslarını artırmaq üçün təlimlər təşkil etmək
- Performans problemlərini vaxtında və səmərəli şəkildə həll edə biləcək planlar hazırlamaq.
- Müştəri məmnuniyyətini təmin etmək üçün satış məntəqələrinin müştəri xidmətlərinə fəaliyyətinə nəzarət etmək.
- Daim mağaza menecerləri və digər pərakəndə satış işçiləri ilə əlaqə saxlamaq.
- Maliyyə məqsədlərinə çatmaq üçün yüksək nəticə göstərmələri üçün satış işçilərini həvəsləndirmək.
- Pərakəndə əməliyyatlar üçün büdcə və planlar hazırlanmaq və icra etmək.
- Səmərəli və effektiv idarəetmə, eləcə də yüksək satış performansını təmin etmək üçün satış məntəqələrini mütəmadi ziyarət etmək.
- Mağazalar üçün ticarət siyasətini işləyib hazırlanmaq.
- Hər bir satış məntəqəsində ehtiyat tələblərini müəyyən etmək və nəzarət etmək.
- Bazar və tələb anlayışları əsasında məhsul qiymətlərini təyin etmək.
- Pərakəndə satış yerlərində sağlamlıq və təhlükəsizlik siyasəti və prosedurlarını tətbiq etmək.
- Mağazanın satış performansını müəyyən etmək üçün əməliyyat və maliyyə hesabatlarını qiymətləndirmək.
.İş şəraiti:
- İş saatları – 09:00 - 18:00
- 5 günlük iş qrafiki
- Əmək haqqı: 2000 AZN
Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində “Əməliyyatlar üzrə Menecer” qeyd etməklə hrm@zeta.az göndərə bilərlər.