Azərbaycana köçürülən pulların həcmi 2 dədə artıb

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi ilkin hesablamalara görə 1 milyard 128 milyon dollar təşkil edib.
“2022-ci ilin birinci yarısında Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 1,128 milyard dollar təşkil edib”, - deyə Mərkəzi Bankın hesabatında bildirilib.
Eyni zamanda, 2022-ci ilin birinci rübündə onların həcmi 211 milyon dollar, ikinci rübdə isə 917 milyon dollar təşkil edib. 2021-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,6% çoxdur.