Gündəm

İrana məxsus PUA ABŞ-ın Küveytdəki bazasına zərbə endirib

İranın pilotsuz təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına çoxsaylı zərbələr endirib.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum azı dörd pilotsuz uçuş aparatından istifadə edilərək həyata keçirilib.

Dəymiş zərər haqqında məlumat peyk görüntüləri ilə təsdiqlənir.

Zərərçəkənlər barədə məlumat hələlik açıqlanmayıb, lakin hərbi obyektin infrastrukturuna ciddi ziyan dəyib.

Hücuma görə məsuliyyəti “Taşkil əl-Varsin” qruplaşması öz üzərinə götürüb və qeyd edilir ki, hücumun səbəbi Qasım Süleymaninin qətlinə görə qisas almaq olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)