Elm və Texnologiya

Hindistan Çin və Avropa texnologiyalarından istifadə edən şirkətləri cəzalandıracaq

Hindistan hökuməti mövcud formatda 5G şəbəkələrinin inkişafı ilə bağlı planlarını dəyişib. Belə ki, hökumət yeni nəsil telekommunikasiya avadanlıqlarından istifadə etməklə mümkün məlumat sızmasından narahatdır.

Məlumata görə, indi quraşdırma işlərini yalnız ölkənin özəl provayderləri edə biləcək.

Əvvəllər Hindistan bu məqsədlər üçün Çin və Avropa təchizatçılarının xidmətlərindən istifadə edirdi. İndi isə şirkətlər tərəfindən Çin və ya Avropa texnologiyalarından istifadə Hindistan hakimiyyəti tərəfindən cəzalandırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)