Hadisə

İran dostu Ermənistanla birlikdə hərbi təlimlərə başladı

İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlər keçirilir.

Bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi, general Əli Bilali məlumat bildirib. O deyib ki, 4 dövlətin birgə keçirdiyi hərbi təlimdə əsasən havadan müdafiə taktikası öyrənilir. Hərbi təlimə insansız uçan aparatlar da cəlb olunub. İran hərbçiləri həmkarlarına bu aparatlardan istifadə qaydalarını öyrədəcəklər.

General diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)