Sənaye

Qazaxıstan nefti Rusiya yox, Azərbaycan neft kəmərindən keçəcək

Qazaxıstan neftini Rusiya Federasiyasından yan keçməklə satacaq. Sentyabrdan Qazaxıstan neftinin bir hissəsi Azərbaycanın ən böyük neft kəmərindən keçəcək.  

ENA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Qazaxıstanın dövlət neft şirkəti “Kazmunaqaz” Azərbaycan dövlət şirkətinin, SOCAR-ın bölməsi ilə ildə 1,5 milyon ton neft satışı ilə bağlı danışıqlar aparır. Müqavilənin avqustun sonunda imzalanması, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzitin isə bir aydan sonra başlanacağı gözlənilir.

Bundan əlavə, 2023-cü ildə Qazaxıstan daha 3,5 milyon ton nefti Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına nəql edə bilər. Beləliklə, ümumi həcm sutkada 100 000 bareldən çox və ya CPC axınının 8%-ni təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)