Xankəndi ermənilərinə gələn bu mesaj təşviş yaradıb
Rusiyanın “Tele2” mobil operatoru Xankəndi şəhərində yaşayan ermənilərə “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılmış mesaj göndərib.
ENA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Ermənilərə göndərilən mesajda qeyd olunub:
“Azərbaycana xoş gəlmisiniz! Sizin üçün rus dilinə və ya qəbul edən ölkənin nömrələrinə daxil olan və gedən zənglər - 39 rubl/dəq, SMS - 13 rubl ödənilir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin telefon nömrəsi: +994 12 597 08 70”.
Sosial şəbəkələrdə geniş rezonans doğuran mesaj Xankəndi erməniləri arasında təşvişlə qarşılanıb.