Sosial iqtisadiyyat

Almaniyada qənaətlə bazarlıq etməyin bir sirri

Avropada istehlak səbətinin dəyəri sürətlə artır, qiymətlər hər ay yüksəlir. Bu şəraitdə əhali qənaət etməyə çalışır. Bu baxımdan, Almaniya da istisna deyil. Ona görə son vaxtlar adamların çoxu qənaətlə bazarlıq etməyin sirlərini bir-biri ilə bölüşür. Məlum olub ki, supermarketlərdə mal alarkən qənaət etməyə imkan verən bir “hiylə” var. Onu hamı bilmir: qiymət siyahısındakı məxfi kod sizə lazım olan malı güzəştli qiymətə almağa imkan verir.

ENA.az xəbər verir ki, alıcılar qiymət siyahısında “T” və ya “TS” hərflərinə diqqət yetirməlidir. Bu kodlar müvafiq malın tezliklə ucuzlaşacağını bildirir. “T” hərfi həmin məhsulların qiymətinin hər gün azalacağını, “TS” hərfləri isə endirimin yalnız şənbə günlərinə aid olacağını göstərir.

Supermarketlər və endirimli satış mağazaları üçün öz mallarını onların yararlılıq müddətində satmaq çox vacibdir, əks halda onlar ziyanla işləyəcəklər. Mağazaların elektrik enerjisinə, məhsulların saxlanmasına görə çəkdikləri xərcləri, əməkdaşlara ödənilən məvacibi də ümumi xərclərə aid etmək olar. Əsas məsələ bu məhsulları onların yararlılıq müddəti başa çatana qədər sata bilməkdir. Mağazaların əməkdaşları bu məqamı izləyir və müntəzəm olaraq qiymət siyahılarını təzələyirlər.

Aparılmış testlər göstərib ki, ət məhsullarını səhər tezdən almaq sərfəlidir, meyvə, tərəvəz və çörəyin qiymətinə endirimlər isə mağazanın bağlanmasına bir neçə saat qalmış tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)