Neftin ucuzlaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 96,07 dollar təşkil edib.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,34% azalaraq 90,17 dollar təşkil edib.