Gündəm

FBİ Trampın evində axtarış aparıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, dünən Floridadakı Mar-A-Laqo malikanəsində Federal Təhqiqatlar Bürosunun (FBİ) agentləri tərəfindən axtarış aparıldığını açıqlayıb.

"Mənim gözəl evim, Florida ştatının Palm-Biç şəhərindəki Mar-A-Laqo indi mühasirədədir, böyük bir qrup FBİ agentləri tərəfindən basqın edilib və zəbt olunub, bu, bizim millət üçün qaranlıq vaxtdır. Əvvəllər heç bir ABŞ prezidenti belə bir şey edilməyib"- Tramp yazılı açıqlamasında bildirib.

Tramp FBİ agentlərinin mülkündəki seyfi sındırdığını iddia edib.

“Associated Press”in yaydığı məlumata görə, FTBİ-nın axtarışı Trampın Ağ Evdəki fəaliyyəti dövrünə dair məxfi sənədləri Floridadakı evində saxlayıb saxlamaması ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)