Gündəm

Azərbaycanda mobil telefonla dəmir yolu bileti almaq mümkün olacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaxın vaxtlarda yeni mobil tətbiqini istifadəyə verəcək.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, onunla elektron bilet almaq mümkün olacaq. Bundan başqa, elektron bileti ADY-nin rəsmi səhifəsi vasitəsi ilə də almaq mümkündür.

Sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)