Rusiya XİN Qarabağdakı gərginliyə münasibət bildirib
![](https://ena.az/uploads/news/2022-08/_ena_b8c223a4b5c8977a0bd93dca3_o.jpg)
Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib.
ENA.az TASS-a istinadən xəbər verir ki, nazirlik regiondakı gərginlikdən narahat olduğunu deyib.
“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.
XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.