İnşaat və əmlak

Azərbaycanda 7 faydalı qazıntı yatağı hərrac yolu ilə istifadəyə verilib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən hərrac yolu ilə 7 faydalı qazıntı yatağı istifadəyə verilib.

ENA.az Agentliyə istinadən xəbər verir ki, Xızıda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Qaradağda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3.66, 13.72, 3, 15.68 hektar sahəsi, Daşkəsəndə “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyanda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)