İnşaat və əmlak

Türkiyədə evlərin qiyməti kəskin bahalaşdı, “günahkar” əcnəbilərdir

Son 10 ildə əcnəbilər Türkiyədə 341 min ev alıb, min evdən 25-i əcnəbilərə satılıb. Türkiyədə mənzil qiymətlərində illik artım 2022-ci ilin may ayı etibarilə 145 faizi keçib. Ev və kirayə qiymətlərinin sürətlə artmasında əcnəbilərin rolundan bəhs edilir.

Son illərdə ev satışlarında əcnəbilərin payı sürətlə artmaqdadır. 2022-ci ilin birinci yarısında satılan hər min evdən 49-u əcnəbilər tərəfindən alınıb. Antalya və İstanbulda bu nisbət daha yüksəkdir. Yanvar-iyun aylarında Antalyada satılan hər min evdən 257-si, İstanbulda isə 111-i əcnəbilər tərəfindən alınıb.

Euronews-un xəbərinə görə, əcnəbilər Türkiyədə 9,5 ildə 314 min 310 ev alıb. Buna əsasən, 2013-2022-ci illər arasında satılan hər min evdən 25-i əcnəbilərin mülkiyyətidir. Ən çox ev satılan ölkələrin vətəndaşları İraq, İran, Rusiya və Səudiyyə Ərəbistanıdır.

Türkiyə Mərkəzi Bankının açıqladığı mənzil qiymətləri indeksinə görə, 2022-ci ilin may ayı etibarilə Türkiyədə ev qiymətləri son bir ildə 145,5 faiz artıb. Digər tərəfdən, İYİ Partiya İnkişaf Siyasətləri Başçısı Ümit Özlalenin açıqladığı məlumatlara görə, satışa çıxarılan mənzil elanlarının orta kvadrat metr qiyməti 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayına qədər TL olaraq yüzdə 171; dollar ifadəsində yüzdə 36 artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department