Sosial iqtisadiyyat

“Qarabağ”ın oyununa bilet satışı ilə bağlı - Xəbərdarlıq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferençvaroş” klubu ilə qarşılaşacaq “Qarabağ”ın matçına  bilet satışı ilə məşğul olan “iTicket” saytı məlumat yayıb.

Məlumatda saxta biletlərin satılması ilə bağlı azarkeşlərə xəbərdarlıq edilib: 

“Sosial mediada bəzi şəxslər tərəfindən biletlər satışa çıxmazdan əvvəl bilet satışı ilə bağlı elanlar paylaşılır.  Çatdırmaq istəyirik ki, biletləri rəsmi satışa çıxmazdan öncə heç bir şəxs əldə edə bilməz. Fırıldaqçılıq yolu ilə insanların pulunu mənimsəmək üçün onları aldadaraq, hesab təqdim edirlər və bu hesaba pul göndərilməyini və ödəniş etdikdən sonra bileti onlara göndərəcəklərini vəd edirlər. Bu nəticəyə həmin şəxslərə müştəri obrazında müraciət edərək, gəlmişik. Bu barədə Hüquq Mühafizə Orqanlarına artıq müraciət etmişik.

Sizə müraciət edərək, demək istəyirik ki, bu tip çağırışlara və qeyri-qanuni bilet satışlarına inanmayın. Biletləri rəsmi olaraq, “iTicket.az” saytından və qeyd olunmuş satış nöqtələrindən əldə edin. Bu cür əldə edilmiş biletlərlə bağlı stadiona girişdə yaranacaq problemlərə görə biz məsuliyyət daşımırıq”.

 



Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)