Blinkenlə Lavrovun telefon danışığı olub
ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
ENA.az xəbər verir ki, bu barədə Entoni Blinken bildirib. Onun sözlərinə görə, söhbət səmimi və sadə olub, tərəflər bir sıra məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə ediblər.
Amerika dövlət katibi həmçinin bildirib ki, o, rusiyalı nazirə Ukrayna regionlarının Rusiya Federasiyasının tərkibinə daxil olacağı halda ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl Lavrov məhbusların mübadiləsi ilə bağlı məsələləri həll etmək səlahiyyətinin olmadığını, lakin ABŞ dövlət katibini dinləməyə hazır olduğunu bildirmişdi.
Nazir həmçinin əlavə edib ki, ABŞ-ın Ukrayna taxılının ixracı ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyini eşitmək istərdi.