AMEA yalnız bu işləri görə biləcək - Akademik açıqladı
AMEA-nın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə, onların idarə olunmasında cavabdehlik nazirliyin üzərinə düşür. Həmin institutlara elmi-metodiki kömək göstərmək Akademiyanın fəaliyyət istiqamətləri sırasındadır.
ENA.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, elmi istiqamətlərin və proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən həyata keçiriləcək.
“AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlayiyyətlərini özündə saxlayır”, - deyə akademik qeyd edib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.