Banklar daha az dollar tələb etdi - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı (AMB) bugün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $15,8 milyon satıb.
İyulun 21-da keçirilən hərracda banklara $18,6 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $15,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-iyun aylarında valyuta hərraclarında $2 milyard 739,2 milyon (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 1%) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.