Qeyri-Bank

Neft ardıcıl ikinci sessiyadır ki, bahalaşır - QİYMƏT

Qlobal bazarda təklifin məhdud olması ilə bağlı narahatlıqlar fonunda neftin qiymətləri çərşənbə axşamı günü ticarət zamanı artıb və ardıcıl ikinci sessiyadır ki, yüksəlişi davam etdirir.

Bugün Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 106,49 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,34 dollar (1,27%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 97,98 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,28 dollar (1,32%) çoxdur. 

Bu arada, kotirovkalar qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıqların təzyiqi altındadır. ABŞ və Avropadan gələn təzə statistik məlumatlar bu bölgələrdə iqtisadi fəallığın yavaşlamasına işarə edir, Çin isə ikinci rübdə iqtisadi tənəzzüldən cüzi şəkildə qaçdı.

Bu həftə bazarın diqqət mərkəzi Federal Ehtiyat Sisteminin (FRS) iclasıdır, bunun nəticəsində ABŞ Mərkəzi Bankı növbəti dəfə baza faiz dərəcəsini əhəmiyyətli dərəcədə artıra bilər. FED-in pul siyasətini ciddi şəkildə sərtləşdirməsi, bir çox ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatında tənəzzülə səbəb ola bilər.

Bu arada, Kanadanın TC Energy şirkəti iyulun ortalarında dayandırılmış Kanadadan ABŞ-a Keystone Boru Kəməri Sisteminin işini bərpa edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)