Gündəm

Tarif Şurası bu siyahılara yenidən BAXACAQ

Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tariflərinin tənzimlənəcək, digər mal və xidmətlərin siyahısına yenidən baxılacaq.

ENA.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, 2021-ci ildə tarifləri tənzimlənən mal və xidmətlərin sayı 25-dir. Tarif Şurası və adiyyəti qurumlar 2022-2026-cı illərdə mərhələli olaraq qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinin azalmasını təmin etməlidir. 2023-2024-2025-ci illər ərzində dövrün sonuna tarifləri tənzimlənən mal və xidmətlərin sayı 15-dək azaldılmalıdır. Dövrün sonuna hüquqi hərəkət və xidmətlər üzrə xərcə əsaslanmayan tariflərin dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi təmin edilməlidir.

İqtisadiyyat Nazirliyi Müdafiə Nazirliyi və aidiyyəti qurumlarla birlikdə qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzim- lənməsi zəruri olan hüquqi hərəkət və xidmətlər üzrə tariflərin, hüquqi nəticələ- rindən asılı olaraq, dövlət rusumu və ya xidmət haqları ilə əvəzlənməsini 2022-2026-cı illər ərzində təmin etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)