MALİYYƏ

JP Morgan Türkiyə Mərkəzi Bankının faiz qərarına münasibət bildirib

ABŞ-ın aparıcı banklarından biri olan JP Morgan, Türkiyə Mərkəzi Bankının (TCMB) uçot faiz dərəcəsini bazar gözləntilərinə uyğun dəyişməyərək 14% səviyyəsində saxlamaq qərarına münasibət bildirib.

ENA.az xəbər verir ki, JP Morgan qeydində TCMB-nin “əhəmiyyətli dəyişiklik” etməyə ehtiyac duymadığını, pul siyasəti qərarlarını getdikcə daha az bazara uyğunlaşdırdığını bildirib.

TCMB-nin qərarında pul siyasətini sərtləşdirməyi hədəfləmədiyini bir daha təsdiqlədiyini vurğulayan JP Morgan əlavə edib: “Mərkəzi Bank inflyasiya ilə mübarizədə effektivliyi fikrimizcə şübhəli olan makroprudensial tədbirləri davam etdirəcək”. Digər tərəfdən, inflyasiyanın davamlı artması və gözləntilərin pisləşməsi nəzərə alınaraq, faiz dərəcəsinin real olaraq daha da neqativ hala gəldiyi ifadə edilib. JP Morgan, bu ayın qərarında yeganə mənalı dəyişikliyin artan qlobal tənəzzül risklərinə istinad olduğunu qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)