Gündəm

Rusiyanın ehtiyatları bir həftəyə 7,4 milyard dollar azalıb

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları iyul ayının 15-nə olan məlumata görə, 565,3 milyard ABŞ dollar təşkil edib ki, bu da bir həftəyə 1,3 faiz və ya 7,4 milyard ABŞ dolları azalma deməkdir.

ENA.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tənzimləyicinin məlumatında qeyd olunur ki, bu azalma yenidən qiymətləndirmənin təsiri ilə olub.

Xatırladaq ki, 8 iyul 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 572,7 milyard ABŞ dolları səviyyəsində idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)