Sığorta

Mərkəzi Bank icbari avtosığorta ilə bağlı mühüm qaydanı təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı ölkədə icbari avtomobil sığortası ilə bağlı mühüm qərarı təsdiqlədi.

Sənədə görə, “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda”nı Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb.

Yeni qaydaya görə, bundan sonra sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir. Buna qədər isə əksinə, zərər vuran tərəfin sığortaçısı bunu ödəyirdi.

ƏTRAFLI

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)