Cənubi Koreya Azərbaycanda alüminium istehsalı sahəsinə sərmayə yatıra bilər
Cənubi Koreyanın “Lemon Metal” şirkəti Azərbaycanda alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlıdır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, qeyd olunan sahədə əməkdaşlığa dair müzakirələr həm şirkətin, həm də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) nümayəndələri ilə keçirilən görüşdə aparılıb.
Tərəflər investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsinin aparılıb. Koreya tərəfinə ölkədə yaradılan əlverişli investisiya mühiti barədə məlumat verilib.
“”Lemon Metal” şirkətinin nümayəndələri Azərbaycanda alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını bildiriblər.”,- AZPROMO-dan bildirilib.