Gündəm

“Əsas məqsədimiz İranla bank sistemlərimizi birləşdirməkdir”

Kremlin sözçüsü Peskov Rusiya prezidenti Vladimir Putinin “Astana formatında 7-ci üçtərəfli sammit”də iştirak etmək üçün Tehrana səfəri ilə bağlı Sputnik-ə açıqlama verib.

ENA.az xəbər verir ki, Rusiya və İran arasında ikitərəfli ticarətdə milli valyutaların nə vaxt istifadə ediləcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Bu, əməkdaşlığımızın çox vacib sahəsidir. Hazırda ticarətdə milli valyutaların istifadəsi üzərində işləyirik. Hazırda bu, çox vacibdir. Bizim əsas məqsədimiz SWIFT-dən çıxarılmağı kompensasiya etmək üçün bank sistemlərimizi, pul köçürmə sistemlərimizi və s. konsolidasiya etməkdir”.

Peskov qeyd edib ki, dollara inam azaldığına görə, bu işbirliyi çox əhəmiyyətlidir: “Artıq insanlar dollara on il əvvəl olduğu kimi etibar edə bilmirlər. Ona görə də biz müxtəlif ölkələr üçün effektiv olacaq yeni sistem yaratmalıyıq. Bu mənada bank və maliyyə sahəsində əməkdaşlığımız regionun digər ölkələri üçün daha da arta bilər. Ona görə də biz bunun reallaşması üçün ciddi səylər göstəririk”.

“Rusiyanın MİR sistemi ilə İranın Şetab sistemi nə vaxt inteqrasiya olunacaq?” sualına isə Peskov belə cavab verib: “Əlbəttə, bizim MİR-imiz var və əlbəttə ki, İran sisteminə tətbiq oluna və uyğunlaşdırıla bilən öz milli Rusiya beynəlxalq transfer sistemimiz var”. Heç bir bankın adını çəkməyəcəyini vurğulayan Peskov “Pul susmağı xoşlayır, amma çox işlər görülüb” deyib. Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyaların plana təsir edib-etmədiyi ilə bağlı suala Peskov belə cavab verib: “Bu, daha çox sanksiyalara reaksiyadır, çünki sanksiyalarla birlikdə ölkələrimizi necə inkişaf etdirəcəyimizin və onlarla necə yaşayacağımızın yollarını tapmalıyıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)